BP-nin regional prezidenti və Gürcüstanın Baş naziri "Şahdəniz-2" layihəsini müzakirə ediblər

BP-nin regional prezidenti və Gürcüstanın Baş naziri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birellə görüşüb.

Tehsil-press.az "Qruziya-Online"a istinadən xəbər verir ki, bu barədə G.Kvirikaşvilinin mətbuat xidməti məlumat yayıb. Tərəflər "Cənub" Qaz Dəhlizinin vacib komponentlərindən sayılan "Şahdəniz-2" layihəsinin reallaşması istiqamətində Gürcüstanda işlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan layihənin Cənubi Qafqaz ölkələri üçün xüsusi əhəmiyyətindən danışılıb.
Məlumat verilib ki, kəmərin Gürcüstandan keçəcək hissəsinə BP 2 milyard dollar sərmayə qoyacaq və bu boru kəməri Azərbaycandan gələn qazın həcmini daha da artıracaq.

Tehsil-press.az

Oxşar xəbərlər