Artur Rasi-Zadə Gürcüstan prezidenti ilə görüşüb

Artur Rasi-Zadə Gürcüstan prezidenti ilə görüşüb Azərbaycanın baş naziri həmçinin gürcüstanın həmkarı ilə də görüş keçirib.

Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasi-Zadə Gürcüstan prezidenti Giorgi Margvelaşvili ilə görüşüb. Tehsil-press.az-ın məlumatına görə, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, Qərb-Şərq Enerji Dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident Giorgi Margvelaşvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
Artur Rasi-Zadə Azərbaycanın Gürcüstanla əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, bu cür enerji layihlərinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb.
Artur Rasi-Zadə həmçinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə də görüşüb. Görüşdə Cənubi Qafqazda həyata keçirilən enerji layihələri Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Georgi Kvirikaşvilinin enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi qayğı və diqqətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.




Tehsil-press.az

Oxşar xəbərlər