
Yarışın nəticəsinə əsasən, I yeri Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi (İOEUGŞM), II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi (RİOEUGŞM), III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin (UGŞM) komandaları tutub.
Birinciliyin keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkar etmək və mərkəzin yığma komandasını formalaşdırmaqdır.
Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif edilib.
Tehsil-press.az