“Təhsil” Respublika İdman Mərkəzinin şahmat komandası Avropa üçüncüsü olub

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat komandası Avropa üçüncüsü olub Yunanıstan Respublikasının Xalkidiki şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə Avropa birinciliyi başa çatıb.
Yarışda Avropanın 21 ölkəsinin komandası iştirak edib və ölkəmizi birincilikdə 16 şahmatçı təmsil edib.
Maraqlı mübarizə şəraitində keçən birincilikdə “Təhsil” RİM-in Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında I yer, Aydın Süleymanlı 11 yaşadək oğlanlar arasında II yer, Quba Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Məlikov 13 yaşadək oğlanlar arasında III yer, Sumqayıt Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səbinə Rzalı 13 yaşadək qızlar arasında II yer, Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Süsən Məmmədova isə 15 yaşadək qızlar arasında III yeri tutublar.
Komandamız ümumilikdə Avropa birinciliyində komanda hesabında III yerə layiq görülüb.


“Təhsil” Respublika İdman Mərkəzinin şahmat komandası Avropa üçüncüsü olub

Tehsil-press.az

Oxşar xəbərlər