Respublika şahmat turnirinin zona yarışları

Respublika şahmat turnirinin zona yarışları Ümumi təhsil məktəblərinin komandaları arasında Respublika şahmat turnirinin zona yarışlarına start verilib.
Turnirin əsas məqsədi ölkəmizdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını məktəblilər arasında təbliğ etmək, məktəb kollektivləri arasında sıx əlaqə yaratmaq və məktəblilərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
6 zona (Bakı, Ucar, Quba, Lənkəran, Gəncə, Oğuz) üzrə keçirilən bu mərhələdə rayon mərhələsində birinci I yeri tutan məktəb komandaları mübarizə aparır. Ümumilikdə, zona yarışlarına 76 komanda üzrə 304 iştirakçı qatılıb. Hər komandanın tərkibi VIII sinif şagirdi olan 1 oğlan, 1 qız idmançı, eləcə də 1 valideyn və 1 müəllimdən ibarətdir.
Zona mərhələsi üzrə I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Final mərhələsi mayın 31-də Bakı şəhərində keçiriləcək.


Respublika şahmat turnirinin zona yarışlarıRespublika şahmat turnirinin zona yarışlarıRespublika şahmat turnirinin zona yarışları

Tehsil-press.az

Oxşar xəbərlər