Qırğızıstan hökuməti tam tərkibdə istefaya göndərilib

Qırğızıstan hökuməti tam tərkibdə istefaya göndərilib Qırğızıstan Respublikasının hökuməti tam tərkibdə istefaya göndərilib.

Yerli mətbuat xəbər verir ki, bu haqda ölkə prezidenti Almazbek Atambayev oktyabrın 26-da sərəncam imzalayıb. Məlumata görə, hakim koalisiyanın dağılması hökumətin istefaya göndərilməsinə səbəb olub. Qeyd edək ki, koalisiyaya Qırğız Sosial-Demokrat, Qırğızıstan, "Onuquu-Proqres" və "Ata Meken" partiyaları daxil idi. Koalisiya 2012-ci il noyabrın 2-də yaranıb. İnformasiyaya görə, sosial demokratların koalisiya üzvləri ilə razılaşmayaraq, ittifaqdan çıxması hökumətin dağılmasına səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər