Kürdlərdən PKK-ya zərbə

Kürdlərdən PKK-ya zərbə "Mosul İraqın önəmli və böyük şəhəridir. PKK xaricdən gələn gücdür. Düzdür keçmişdə müəyyən rolları olub. Lakin Mosulu İraq ordusu, peşmərgə və ABŞ-ın başçılıq etdiyi koalisiya azad edəcək"

Tehsil-press.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin sözçüsü Sefin Dizayi deyib. O, bildirib ki, Mosulu azad etmək PKK-nın öhdəsinə düşmür. Qeyd edək ki, İraq hökuməti bir müddətdir Mosul şəhərini azad etmək üçün aktiv əməliyatlar aparır. PKK qüvvələrinin də sözügedən əməliyyatlarda iştirak etmək istədiyi bildirilir.

tehsil-press.az