Nefti yaddan çıxaraq... - Yeni era başlayıb

Nefti yaddan çıxaraq... - Yeni era başlayıb “Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayanıqlılığın formalaşdığından danışmaq hələlik tezdir”.

Tehsil-press.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, neftə olan gündəlik tələb bu ilin üçüncü rübündə 96,99 milyon barelə çatıb: “Bu rəqəm ikinçi rübdə 95,62, birinci rübdə isə 95,36 milyon barel olub. Göründüyü kimi, neftə olan qlobal tələb artmaqdadır.
Beynəlxalq Enerji Akademiyası dördüncü rüb üçün 97.03 milyon barel gündəlik tələb proqnozlaşdırır. Bu son illərin ən yüksək tələb proqnozudur.
Dünya bazarında neft təklifi isə azalmaqdadır. Belə ki, 2015-ci ilin sonuncu rübündə bazara gündəlik 97.37 milyon barel neft çıxaran enerji ölkələri ixracı bu ilin birinci rübündə 96.61, ikinci rübdə isə 95.93 milyon barelədək azalıblar. Əgər 2016-cı ilin birinci yarım ilinin nəticələrini müqayisə etsək o zaman tələb və təklif təxminən bərabərləşib. Əslində, neft dünya bazar qiymətindəki mövsümi stabillik də məhz bazardakı mövcud tarazlıq ilə bağlıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər