Aleksandr Lukaşenko Yaqub Eyyubovla görüşüb

Aleksandr Lukaşenko Yaqub Eyyubovla görüşüb Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə Tehsil-press.az BELTA-ya istinadən məlumat verib. A.Lukaşenko bildirib ki, Minsk sülh danışıqları meydançasında öhdəliklərini yerinə yetirir.
Belarus Prezidenti Azərbaycan hakimiyyətini referendumun baş tutmasına görə təbrik edib: "Bu nəticə Azərbaycan xalqının bu çətin vaxtda hakimiyyətə münasibətinin ən yaxşı təsdiqidir. Və bu, çox böyük qələbədir".
Dövlət başçısı əlavə edib: "Mən dostumla 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəlmişəm".
Öz növbəsində, Y.Eyyubov deyib ki, Belarus və Prezident A.Lukaşenko Azərbaycan dövləti və xalqına çox yaxın və doğmadırlar.

Tehsil-press.az

Oxşar xəbərlər