Sənədlərin təqdim olunması, müddət, imtahanda sualların sayı ilə bağlı texniki məqamlar nəzərə alınmasa, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə bu il də ötən illərdə olduğu kimi keçiriləcək.
Tehsil-press.az-n məlumatına görə, bunu təhsilı nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib. Nazir müavini deyib ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada vahid imtahanla həyata keçirilir. C.Bayramov əlavə edib ki, bir neçə ilə əvvəl məktəb direktoru vəzifəsinə işə qəbul üçün Bakı şəhərində pilot layihənin həyata keçirilməsinə başlanılıb.
Onun sözlərinə görə, "Gələcəyin direktoru" adlanan layihəsi çərçivəsində son 2 il ərzində 40-dan artıq məktəb direktoru təlimdən keçib: "Bu layihə çox yaxşı nəticələr verir. Bu baxımdan həmin təcrübənin digər şəhər və rayonlarda da genişləndirilməsi istiqamətində işlər görürük".
tehsil-press.az