Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?

Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır? Niderland sözün bütün mənalarında ən inkişaf etmiş dövlətlərdən biridir. Ölkə hökuməti nəinki insan həyatını yaxşılaşdıran, həmçinin ətraf mühiti qoruyan layihələri maliyyələşdirir.

Tehsil-press.az KİV-lərə istinadla Niderlandın nə üçün gələcəyin ölkəsi adlandırıldığını diqqətə çatdırır.

Hər 50 metrdən bir elektromobillər üçün enerjitoplama stansiyaları quraşdırılıb
Niderlandın ən güclü cəhətlərindən biri dayanıqlı mobillikdir. Ölkə hökumətinin ənənəvi avtomobil yanacağından tam imtina etmək cəhdləri sayəsində demək olar ki, hər yerdə elektrik enerjitoplama stansiyaları quraşdırılıb. Bu stansiyaların quraşdırılması yeni nəsil avtomobillərdən – elektromobillərdən istifadə edən şəhərlilər üçün mühüm addımdır.

Niderland sahibsiz it və pişiklərinin olmadığı yeganə ölkədir
Bu yaxınlarda Niderlandda sahibsiz pişik və itlərin qalmadığı rəsmən təsdiqlənib. Ölkə hökuməti buna heyvanlara qətiyyən zərər vurmadan nail olub. Heyvanlara xüsusi hüquq verilib: onlarla pis davranan və ya onları küçəyə atan insanlar sərt şəkildə cəzalandırılır.

İlk günəş batareyalı velosiped və avtomobil yolları
“SolaRoad” adlı layihə hökumətin, özəl sənayenin və universitetlərin müştərək fəaliyyəti nəticəsində reallaşıb. Yolun ilk hissəsi 2015-ci ildə istifadəyə verilib. Onun uzunluğu təxminən 100 metr təşkil etsə də, bu, artıq gələcəyin yollarının tikintisində yeni eranın əsasını qoyub. Günəş şüaları sayəsində yolda istehsal olunan enerji küçələrin işıqlandırılmasında, müvafiq nəqliyyat vasitələrinin elektriklə təmin edilməsində istifadə olunacaq.

Niderlandda heç kimin avtomobildən istifadə etmədiyi şəhər var
Niderlandın Hauten şəhərciyi dünyanın ən təhlükəsiz məkanı sayılır. 1980-ci ilin əvvəllərində şəhərin 4 minlik əhalisi velosipeddən istifadə olunmasını təşviq edən strateji qərar qəbul edib. Bu, şəhər əhalisini hər xırda səbəbə görə avtomobil sükanı arxasında əyləşmək vərdişindən uzaqlaşdırıb. Beləliklə, nəzərə çarpmadan şəhərciyin bütün əhalisində velosipedlə hərəkətetmə vərdişi yaranıb.

Hökumət ənənəvi avtomobillərin istifadəsinə tədricən qadağa qoyur
Cəmi 9 ildən sonra, 2025-ci ilə qədər Niderland hökuməti ölkədə dizel və benzin yanacağı ilə işləyən avtomobilləri qadağan etməyi planlaşdırır. Bundan başqa, alternativ yanacaq mənbələri ilə işləyən fərdi nəqliyyat vasitələri vergidən azad edilib. Nəticədə belə avtomobillərin qiyməti 15 min avro ucuzlaşıb.

Məhbuslar olmadığı üçün həbsxanalar bağlanır
Niderlandda cinayətkarlığın səviyyəsinin aşağı salınması üçün əsaslı işlər görülür. 2009-cu ildən bəri məhbus çatışmazlığı səbəbindən ölkədə 19 həbsxana bağlanıb. Son məlumata əsasən, ölkədə yaşayan hər 100 min nəfər əhaliyə cəmi 163 cinayətkar düşür ki, bu da Braziliyanın göstəricisindən iki dəfə aşağıdır.

Vəhşi heyvanlar üçün xüsusi körpülər quraşdırılır
Niderland hökumətinin həll etməyə çalışdığı ümdə məsələlərdən biri də vəhşi heyvanların qorunmasıdır. Onların meşələri ayıran avtomobil yollarını təhlükəsiz şəkildə keçməsi üçün ölkədə bir neçə xüsusi körpü tikilib.

Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?

Tehsil-press.az

Oxşar xəbərlər