Bakının Azadlıq prospektinin Binəqədi rayonu ərazisindən keçən hissəsində yol bağlanıb.
Bu barədə Tehsil-press.az Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, prospektin bağlanmasına səbəb yolda aparılan təmir işləri ilə əlaqədardır: "Paytaxtın Binəqədi rayonunun ərazisinə düşən Azadlıq prospektində əsaslı yolda təmir işlərinə başlanılıb. Bu məqsədlə də adıçəkilən prospektdə yeni kommunikasiya xətlərinin çəkilməsi, piyada və avtomobil yollarının üzlənilməsi ilə əlaqədar Ziya Bünyadov prospekti kəsişməsində, Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hər iki istiqamətdə, Süleyman Sani Axundov küçəsinin kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılıb. Bu da həmin ərazidə avtomobillərin hərəkətində sıxlıq yaradıb. Ona görə də sürücü və avtomobil sahiblərindən, xüsusilə də həmin ərazidə yaşayan vətəndaşlardan xahiş edirik ki, təmir işlərini nəzərə alaraq alternativ yollardan istifadə etsinlər".
Tehsil-press.az