Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb. BANM-in Rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirdi. Rektor BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz açıb. Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən bəhs edib. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışıb. Elmar Qasımov səfirə BANM-in tələbələri üçün təqdimat və ya məruzə ilə çıxış etməsini təklif edib.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku səmimi qəbula görə təşəkkür edərək təklifi qəbul edib. Səfir BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini qeyd edib. O, Rımıniyanın müvafiq universitetləri ilə Ali Məktəb arasında əlaqələrin inkişafından söz açıb.
Görüşdə, o cümlədən universitetlərarası əlaqələr, tələbə mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BANM-nin Mətbuat Xidməti