Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbii seçən 700 ballı abituriyentlə görüşdü

Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbii seçən 700 ballı abituriyentlə görüşdü Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov TQDK-ın I ixtisas qrupu üzrə keçirdiyi imtahanlarda ən yüksək – 700 bal toplamış üç abituriyentdən biri olan Sultanlı Nadir Faiq oğlu ilə görüşdü. Rektor Elmar Qasımov bu yüksək nəticə münasibətilə onu ürəkdən təbrik etdi. Elmar Qasımov Azərbaycanın savadlı, bilikli gənclərinin ölkəmizin fəxri olduğunu dedi. Rektor azərbaycanlı gənclərin əldə etdiyi nailiyyətlərlə hamının qürur duyduğunu bildirdi. Bu sahədə həm valideynlərin, həm də müəllimlərin böyük zəhməti olduğunu qeyd edən Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə bağlı danışaraq bildirdi ki, hər zaman yüksək bal toplayan abituriyentlər öz seçimlərində Ali Neft Məktəbinə üstünlük verirlər. Rektor Nadir Sultanlının məhz BANM-i seçdiyinə görə yanılmadığını deyərək, onun bu seçiminin düzgün olduğunu bildirdi. Elmar Qasımov ona gələcək təhsilində uğurlar arzuladı.
Nadir Sultanlının anası Şəhla Sultanlı BANM-in Azərbaycan ali təhsil müəssisələri içərisində həm tədris, həm də nüfuzuna görə öndə olduğunu dedi. Övladının bu Ali Məktəbi seçdiyinə sevindiyini bildirən valideyn səmimi qəbula və təbrikə görə rektora minnətdarlığını bildirdi.
Rektor Elmar Qasımov Nadir Sultanlı və onun valideynini BANM-in yeni kampusunun maketi, Prezident təqaüdçülərinin stendi ilə tanış etdi.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər