Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, rektor Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. Elmar Qasımov BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat səmimi qəbula görə təşəkkür edib. Əddülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.
Görüşdə, BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-in YÖK-lə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

BANM-nin Mətbuat Xidməti