Noyabrın 11-də “Sputnik” informasiya agentliyinin multimedia mətbuat mərkəzində bu yaxınlarda prokata çıxarılmış “Əli və Nino” filminə həsr olunan mətbuat konfransı keçirilib.
Tehsil-press.az xəbər verir ki, prodüser, ssenarist və rejissor Cəfər Axundzadə mətbuat konfransında “Əli və Nino” filmindən və ölkə kinematoqrafının tendensiyalarından danışaraq deyib: “Bu film prokata yenicə verilməsinə baxmayaraq, tamaşaçılarının sayı rekord həddədir. Çoxları şikayətlənir ki, film əsəri sonadək əks etdirmir. Bəli, ola bilər ki, Qurban Səid bir qədər başqa məsələ, ona emiqrant kimi təsir edən məsələ barədə yazıb. Yaradıcı qrup isə elə film ərsəyə gətirib ki, o, nəinki azərbaycanlı, hətta xarici tamaşaçı üçün maraq doğura bilsin. Film bir çox beynəlxalq festivalda nümayiş etdirilib ki, bu da çox önəmlidir. Ola bilər ki, kimsə filmdə gözlədiyini görə bilməyib. Hər bir rejissor əsərə öz prizmasından baxır. Əminəm ki, bu, “Əli və Nino” filminin son quruluşu deyil”.
Müasir kino haqqında danışan C.Axundzadə filmlərdə Qarabağ mövzusuna toxunulmasının vacibliyini vurğulayaraq deyib ki, Azərbaycanda kinematoqraf sürətlə inkişaf edir. Hazırda bir çox dəyərli filmləri qeyd etmək olar. “Təxminən üç həftə əvvəl Tacikistana kinofestivala dəvət edilmişdim. Orada mənim “Dmitrov küçəsi 86” qısametrajlı filmim və rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayiş olundu. Asif Rüstəmovun “Axınla aşağı” filmi də əladır. Bu filmlərlə yanaşı, bir çox başqaları da çəkilib. Bütün bu filmlərdə sətiraltı da olsa toxunulan Qarabağ məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu, təbii ki, bizim ən yaralı yerimizdir. Hətta Bakıdan bəhs edən “Dmitrov küçəsi 86” adlı filmimdə də bu mövzu var. Biz bunu ictimaiyyətin diqqətinə daim çatdırmalıyıq”, - deyə C.Axundzadə vurğulayıb.
“Əli və Nino” ekranlara çıxan gündən 280 min tamaşaçı toplayıb. Film Türkiyədə və Gürcüstanda da prokata çıxarılıb. Noyabrın 17-dən film Amerika ekranlarına çıxacaq. Həmçinin filmin Cenevrə və Londonda nümayişi planlaşdırılır.
Tehsil-press.az