İyunun 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filmi nümayiş olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, universitetin müəllim və tələbələri iştirak ediblər.
Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filmin nümayişindən öncə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru G.Məmmədova və G.İsmayılov ölkədəki dini durum, milli-mənəvi dəyərlərimizin təbliği, dini maarifçilik işinin aparılması barədə fikirlərini tələbələrlə bölüşüblər.
G.Məmmədova dövlət-din münasibətlərindən söhbət açaraq bildirib ki, bu siyasətin dövlət tərəfindən tənzimlənməsi və dəstəklənməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O, Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayıb, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu deyib.
G.İsmayılov qeyd edib ki, dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. O, "Fitnə" filminin ərsəyə gəlməsinin səbəblərindən bəhs edərək bildirib ki, cəmiyyətin bütün təbəqələrinə dini radikalizmin və ekstremizmin fəsadlarını çatdırmaq üçün real faktların ictimaiyyətə nümayiş edilməsi mütləqdir. "Fitnə" filminin məhz bu zəruri şəraitdən yola çıxaraq ərsəyə gəldiyini deyən G.İsmayılov filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunun dolğun şəkildə açıqlandığını vurğulayıb.
Sədr müavini Dövlət Komitəsinin radikal dini cərəyanların yaratdığı qruplaşmalara qarşı hüquqi, iqtisadi və ideoloji formada aparılan tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsi və çoxsaylı istiqamətləndirici tədbirlərin keçirilməsi önəmlidir.
Filmin nümayişindən sonra film ətrafında müzakirə olub.