Bakıda iki gənc qız itkin düşüb

Bakıda iki gənc qız itkin düşüb Bakıda iki qız itkin düşüb.

Tehsil-press.az-ın məlumatına görə, Binəqədi rayon Rəsulzadə qəsəbəsində yaşayan 19 yaşlı Ayşən Yunusova (ad və soyadlar şərtidir) noyabrın 7-də saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Biləcəri qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan 18 yaşlı Səbinə Səmədova noyabrın 14-də itkin düşüb.
Bildirilir ki, hər iki qızın itkin düşməsi ilə bağlı polisə anaları müraciət edib. Onlar qızların fotolarını və xarakterik əlamətlərini polisə təqdim ediblər.
Axtarış tədbirləri həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər