Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin" QSC birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 23-də saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan "PALFLOT-2" tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Adminstrasiyasının Milli Mərkəzinə "SOS" siqnalı daxil olub.
Tehsil-press.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin "Mİ-17-1V" və "KA-32" helikopterləri və "Vixr-5" gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Caspian Voyager", "Caspian Protechtor", "İslay" və "Jura" gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.
Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.
tehsil-press.az