Biləsuvarda yoxa çıxan 14 yaşlı qızın meyiti tapılıb

Biləsuvarda yoxa çıxan 14 yaşlı qızın meyiti tapılıb Bu gün Əzizbəyov kanlının Biləsuvar rayonunun Nərimankənd kəndində keçən hissəsində 5 gün əvvəl yoxa çıxmış 14 yaşlı Şərbiyyə Fərhad qızının üzərində zorakılıq əlamətləri olmayan meyidi tapılıb.

Tehsil-press.az saytının əldə etdiyi məlumata görə, aprelin 15-də axşam saat 9 radələrində Biləsuvar rayonunun Səmədabad kəndindən keçən Əzizbəyov kanalının üzərindəki körpüdən itkin düşmüş qıza məxsus olan ayaqqabılar və gödəkçə tapılmışdı.. Bu da ehtimal yaratmışdı ki, uşaq özünü kanala ataraq intihar edib. Ona görə də, FHN-in dalğıc-xilasediciləri tərəfindən qızın axtarışları aparılırdı.
Onu da qeyd edək ki, itmiş qızın valideynləri Kəlbəcər qaçqınlarıdır və fermada çobanlıqla məşğul olurlar. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araıdırmalara başlanıb.

tehsil-press.az

Oxşar xəbərlər