Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu ilə görüş keçirilib.
Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Tehsil-press.az-ın verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə Azərbaycan Dəmir yolunda reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə Azərbaycanın Estoniya və Azərbaycan dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunub.
Sonra “EVR Cargo” Estoniya Dəmir Yolu Daşımaları üzrə Dövlət Şirkətinin idarə heyətinin sədri Raul Toomsalu çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib, tranzit yük daşımaları sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat verib.
Tehsil-press.az