Şahin Mustafayev: Dəmir yolu körpüsünün inşası Azərbaycan-İran əməkdaşlığında yeni mərhələ olacaq

Şahin Mustafayev: Dəmir yolu körpüsünün inşası Azərbaycan-İran əməkdaşlığında yeni mərhələ olacaq Astaraçay üzərində dəmir yolu körpüsünün təməlinin qoyulması Azərbaycan-İran əməkdaşlığında yeni mərhələnin başlanğıcı olacaq. Tehsil-press.az-n məlumatına görə, bunu aprelin 20-də təməlqoyma mərasimində çıxış edən Azərbaycan iqtisadiyyat naziri Şahin mustafayev deyib.

Ş.Mustafayev Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm təməllər üzərində qurulan çoxşaxəli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərləri və keçirilən görüşləri mühüm rol oynayır. Azərbaycan Prezidentinin 23 fevral tarixində İrana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər əlaqələrimizin inkişafında xüsusilə əhəmiyyətlidir. Bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün tikintisi də məhz həmin səfər zamanı imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və ölkələrimizin dəmir yolu qurumları arasında müqaviləyə uyğun olaraq reallaşdırılacaq.
Nazir bildirib ki, dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət və aparılan islahatlar öklələrimizin inkişafına xidmət etməklə bərabər, ikitərəfli və transmilli layihələr üzrə daha fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında, yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli olacaq.
Onun sözlərinə görə, tikintisi planlaşdırılan dəmir yolu körpüsü isə ölkələrimiz arasında yük dövriyyəsinin artımına səbəb olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Bu, dəhlizin 1-ci mərhələsi hesab olunan Azərbaycan ərazisində Astara dəmir yolu stansiyasından İran sərhədinə kimi 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik dəmir yolu xəttinin və yükaşırma terminalının tikintisi işlərinin tamamlanacağı vaxt ilə üst-üstə düşür. Bununla da, ölkələrimizin dəmir yolu şəbəkələrinin birləşdirilməsinə və dövlət başçılarının qarşımızda qoyduğu vacib və tarixi bir missiya həyata keçirilmiş olacaq.
Ş.Mustafayev Azərbaycanın gələcəkdə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranla fəal əməkdaşlığını davam etdirəcəyini və dəhlizin mümkün qısa müddətdə inkişafı və əlverişliyi istiqamətində aktiv tədbirlər görüləcəyini vurğulayıb.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran və Azərbaycan prezidentlərinin ölkələrimiz arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astaraçay üzərində dəmir yolu körpüsü Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafında

tehsil-press.az

Oxşar xəbərlər