Təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.