Mayın 6-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycanda yeni təyin olunmuş Rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları ilə Təhsil Nazirliyi arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib.
Müzakirələr zamanı BMT və Təhsil Nazirliyi arasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, xüsusilə peşə təhsili sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az