Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
Tehsil-press.az xəbər verir ki, Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını dedi.
Ölkəsinin Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan dedi: “Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanda ona göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi və məndən buna görə minnətdarlığını çatdırmağı xahiş etdi”. Pakistanlı nazir Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olundu.
Tehsil-press.az