Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər

Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər London Kral Kolleci hospitalının mütəxəssisləri xəbərdar edirlər ki, çoxlu su içmək olmaz.

Tehsil-press.az “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, artıq maye sağlamlıq üçün təhlükəlidir. Bunun üçün uroloqun tövsiyəsi ilə çoxlu (hər 30 dəqiqədə 200 millilitr) su içən 59 yaşlı qadının başına gələn hadisə nümunə gətirilir.
Sidik sistemini “yumaq” istəyən qadın qanda duzun təhlükəli səviyyəsi ilə (qanda duzun anormal aşağı səviyyəsi qeydə alınan ölüm göstəriciləri təqribən 30 faizdir) xəstəxanaya çatdırılıb. Onda ürəkbulanma, qusma və başağrısı qeydə alınıb. Nəticədə koma və hətta ölüm ola bilərdi.
Belə olan hallarda, həkimlər adətən gündə yalnız bir litr su içməyi tövsiyə edirlər. Yeri gəlmişkən, MDMA qəbul edən və ya dözümlülüyü artırmaq üçün ciddi məşq edən adamların qanının tərkibində də duzların səviyyəsinin anormal dərəcədə aşağı olması müşahidə edilir.
Maraqlıdır ki, su içmək üçün dəqiq tövsiyə yoxdur və ola da bilməz, axı tələbat fərdidir. Orqanizmin suya tələbatının yeganə göstəricisi susuzluqdur.

Tehsil-press.az

Oxşar xəbərlər