Suyu təhlükəli olan ölkələr

Suyu təhlükəli olan ölkələr "Azərsu" "The Daily Mail"in cavabını verdi - "İnsanlar kran suyu ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər".

"Azərsu" Böyük Britaniyanın "The Daily Mail" nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə cavab verib. Qurumdan tehsil-press.az-a verilən məlumata görə, ilk növbədə xəbərdə istinad olunan ekspertlərin kimliyi və bu qənaətə necə gəlmələri açıqlanmalıdır.
"Bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir və “Azərsu” ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur. Son illər yaradılmış yeni su mənbələrindən, tikilmiş sutəmizləyici qurğulardan (Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi, Külüllü mənbəyi, Quba, Mingəçevir, Xanbulançay sutəmizləyici qurğuları) verilən içməli su Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.
Yeri gəlmişkən, ötən ilin oktyabrında istismara verilmiş Ceyranbatan Ultrasüzgəclu sutəmizləyici qurğular kompleksi Əbu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində 2015-ci ilin dünya su sənayesinin 4 önəmli layihəsindən biri seçilib.
Bu gün paytaxt Bakı da daxil olmaqla əksər şəhərlərdə insanlar krantdan gələn su ilə nəinki dişlərini fırçalayır, hətta ondan içirlər".
Saat 15:40
Hansı ölkədə krandan su içmək olar? Bu adda maraqlı araşdırmanı Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri aparıb. Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.
Belə ki, üçüncü ölkələrə səfər zamanı butulkalarda satılan sudan alırlar. Lakin Avropa ölkələrində buna bir o qədər də fikir verən olmur. Bəzi hallarda krandan içilən su diareya, hepatit A, xora və sairə səbəb ola bilər.
Bəzi ölkələrdə isə kran suyu ilə diş də yumaq, duş zamanı bir damla su udmaq belə xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Kran suyundan istifadənin nisbətən təhlükəsiz olduğu region Qərbi Avropa olub. Məsələn, Sloveniyada bu suyu rahatlıqla içmək olar, Xorvatiyada isə məsləhət deyil.
Ekspertlər düşünürlər ki, Finlandiya və Latviyada su təhlükəsiz, onların qonşusu olan Estoniya və Litvada isə təhlükəlidir.

Suyu təhlükəli olan ölkələr
Su içməyin mümkün olduğu olan ölkələr

Təhlükəli ölkələr arasında Azərbaycanın da adı var. Nüfuzlu qəzetin ekspertləri bu sudan içməyi məsləhət görmürlər. Bu siyahıda aşağıdakı ölkələr də yer alıb:
Moldova, Belarus, Ukrayna, Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Bolqarıstan, Monteneqro, Kipr və sairə.

Suyu təhlükəli olan ölkələr
Təhlükəli suyu olan ölkələr


Tehsil-press.az

Oxşar xəbərlər