Bəşəriyyətin inkişaf tarixi nəticəsində müxtəlif xəstəliklərin müalicəsi və qarşısının alınması məqsədilə bitki, heyvan və mədən mənşəli dərman maddələrindən istifadə olunmuşdur. Bu da xalq təbabətinin yaranmasına zəmin yaradıb. Xalq təbabətində aşağıdakı bitkilərdən geniş istifadə olunur.
Allergiya. 1 xörək qaşığı dəmrovotunun 2 stəkan qaynar suda dəmləyib 4 saat saxladıqdan sonra gündə 2 dəfə səhər və axşam 15-20 dəqiqə qalmış 1/4-1/2 stəkan içmək lazımdır.
Döymələr (mozallar). Tər bitki ət maşınından keçirilib şirəsini balaca flakonlara elə tökmək gərəkdir ki, mayenin səviyəsi tıxacdan 2 sm aşağı olsun. Flakonu möhkəmcə bağlayaraq 6 gün otaq temperaturunda saxlayırlar. Elə ki, qıcqırmağa başladı, mütəmadi, günaşırı tıxacı açaraq yığılmış qazı bayıra buraxmaq lazımdır. Qıcqırma qurtarandan sonra şirə uzun müddət saxlana bilər. Bu üsulla hazırlanan şirə 2-3 dəqiqə ərzində bolluca döymənin üzərinə sürtülür. 3-5 dəqiqəlik fasilədən sonra təkrar çəkmək lazımdır. Prosedur sutkada 2-3 dəfə yerinə yetirilir, sarğıdan istifadə etməyə ehtiyac qalmır.
Dəri xəstəlikləri. 20 qr bənövşə çiçəyi bir stəkan suda dəmlənib dəri xəstəliklərində qanı təmizləmək məqsədi ilə gündə 3 dəfə 0,5-1 stəkan içilir. 1 xörək qaşığı bənövşə ilə 1 xörək qaşığı pişikotu götürülüb üzərinə 1 stəkan qaynar su tökülərək, 1 saat saxlanılıb süzülür. Gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.
Parandantoz. Üçrəgli quru bənövşə otunun üzərinə 1 stəkan qaynar su tökülərək 15 dəqiqə qaynadılır və soyudularaq həcmi 200 ml-ə çatdırılır. Ondan paradantoz və diş ağrısında ağzı yaxalamaq üçün istifadə edilərsə, gözəl nəticə əldə edilmiş olar.
Bronxit. 10 qr biyan kökü üzərinə 1 stəkan qaynar su tökülür. 20 dəqiqə dəmləndikdən sonra 45 dəqiqə soyudulur, süzülüb sıxılaraq həcmi 200 ml-ə çatdırılır. Bronxitin müalicəsində gündə 3 dəfə 1 xörək qaşığı bəlğəm gətirici vasitə kimi qəbul edilir.
Revmatizm. Quru boymadərən otunun üzərinə 1 stəkan qaynar su tökülür və 1 saat bürüyərək saxlanıldıqdan sonra süzülür. Bel ağrısında, revmatizmdə və nevralgiyada ondan gündə 3-4 dəfə yeməyə qədər 1 xörək qaşığı qəbul edilir.
Astma. Əzvay bitkisindən balzam hazırlamaq üçün 250qr əzvay, 0,5 litr şirin qırmızı çaxır, 350 qr xarlanmamış bal götürülür. Əzvay yarpaqlarını qırmamışdan əvvəl bitkini 1 həftə sulamırlar. Kəsilmiş yarpaqların tozunu silmək lazımdır. Yarpaqları yumaq olmaz. Onları xırdalayıb şüşə qaba tökmək, üzərinə çaxır və bal əlavə etmək gərəkdir. Yaxşı qarışdırıb doqquz gün sərin yerdə saxladıqdan sonra alınan cövhər süzülür. Bu bronxial astmaya qarşı ən gözəl vasitələrdən biridir. İlk gün ərzində 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edirlər.
Alergiya. Aprel-may aylarında cavan gicitkəni üstdən 20 sm kəsilir. Diqqətlə yuyulduqdan sonra xırda-xırda doğranıb 1 litirlik bankaya yığılaraq üzərinə qaynanmış su tökülür. 10 saat saxladıqdan sonra süzülür. Əmələ gələn cövhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içirirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmçinin sakitləşdirici dərmandır.
Yaxından görmə. 5 xörək qaşığı gicitkənin üzərinə 1 stəkan su tökərək 3-5 dəqiqə qaynadıb süzürlər. Gündə 3 dəfə eyni dozada yeməyə 40 dəqiqə qalmış içilir, eyni zamanda gündə 2 dəfə yeməkdən sonra 1-2 çay qaşığı arpa səmənisi unundan qəbul edilir. Belə müalicə yaxından görmədə kömək edir.
Revmatizm. Təzə gicitkən şirəsi –bir hissə bal, bir hissə 90%-li spirtlə qarışdırılaraq 14 gün soyducuda saxlanılır. Gündə 3 dəfə 2 xörək qaşığı yeməyə 30 dəqiqə qalmış revmatizm və poliatritə qarşı qəbul edilir.
Şişlər. 40-50 qr jenşen bitkisinin kökü üzərinə qaynanmış soyuq şirin su tökülür. 4-5 saat suyun içində saxlanılıb sudan çıxardılaraq xırdalanır. 0,5 litr 4%-li spirtin içinə tökülüb 17-20 gün qaranlıq yerə qoyulur. Ondan gündə 1 dəfə 1 çay qaşığı miqdarında yeməyə 30 dəqiqə qalmış ardınca su içməmək şərtilə, ürək-damar sisteminin funksional pozulması ilə əlaqədar şişlər zamanı içirlər. Müalicə kursu arada 2-10 gün fasilə olmaqla 90 gündür. Təkrar kurs bir ildən sonra başlana bilər.
Öskürək. 30-40 qr kaşımotu kökləri üzərinə 1 litr su tökülərək gecə dəmlənir. Səhərisi 5-7 dəqiqə qaynadılaraq yenidən 20 dəqiqə dəmə qoyulduqdan sonra süzüb sıxılır. Gün ərzində bu həlimi bərabər hissələrə bölüb 5 dəfə qəbul etmək lazımdır.
Öskürək. 1 xörək qaşığı quru kəndəlaş çiçəklərinin üzərinə axşamdan 0,5 litr qaynar su tökülərək, 40 dəqiqə saxladıqdan sonra süzülür. Bu mayeni bal və süddə qarışdıraraq axşamlar 0,5-1 litr qaynar su tökülərək, 40 dəqiqə saxladıqdan sonra süzülür. Bu mayeni bal və süddə qarışdıraraq axşamlar 0,5-1 litr stəkan isti vəziyyətdə içdikdə öskürəyə müsbət təsir göstərir.
Allergiya. Kərəvəzin təzə sıxılmış şirəsindən 1-2 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq allergiyaya qarşı içilir. Müalicə həzmi, bronxiti və duzlaşmanı da aradan qaldırır.
Duzlaşma. 3-4 xırdalanmış kərəviz kökünün üzərinə 1 litr su tökülür, 8 saat saxlanıldıqdan sonra süzülür. Gündə 3 dəfə 1 çay qaşığı allergiyada, duzlaşmada və pielonefritdə qəbul edilir.
Pielonefrit. 1 xörək qaşığı kərəviz toxumu üzərinə 2 stəkan soyuq qaynanmamış su tökülüb, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə 1 xörək qaşığı içmək faydalıdır.
Hipertoniya. 4 xörək qaşığı qanqal yarpağı üzərinə 4 stəkan qaynar su tökərək 2 saat saxladıqdan sonra süzürlər. Hər gün 6 dəfə ½ stəkan içilərsə məqsədəuyğun olar.
Xolesistit. 1 xörək qaşığı qarğıdalı saçağını 1 stəkan qaynar suda qaynadaraq 1 saat saxladıqdan sonra süzmək gərəkdir. Gündə 1 xörək qaşığı hər 3 saatdan bir qəbul etmək sağlamlığa xeyirlidir.
Öskürək. 1 xörək qaşığı xırdalanmış qırxbuğum otu üzərinə bir stəkan qaynar su tökərək 5-10 dəqiqə su hamamından isidilir.1-2 saat saxladıqdan sonra süzülür. Ondan gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək məsləhətdir.
Qrip. 1 xörək qaşığı mərcanotu yarpaqları üzərinə 1 stəkan qaynar su tökmək lazımdır. 30 dəqiqə saxladıqdan sonra süzülür, gündə 3-4 dəfə 2 xörək qaşığı qəbul edilir. Belə bir həlimi də hazırlamaq olar : bir hissə mərcanotu yarpaqları , bir hissə də çiyələk yarpaqları götürülüb qarışığın üzərinə 1 stəkan su tökülərək qaynadılır. Sonra həlimi süzülüb tamına görə bal qatılır. Həlimdən gündə 1 stəkan 3-4 dəfə isti-isti içmək lazımdır.
Paradantoz. 6 qr quru mərcanotu yarpaqlarının üzərinə 1 stəkan isti su tökülərək, 20 dəqiqə qaynadılır. Yüngülcə soyudulub süzülür. Həcmi 200 ml-ə çatdırılır. Paradontoz, damaq iltihabı və stomatitdə ağızı 2-3 saatdan bir yaxalamaq lazımdır.
Diatezlər. 20 qr pişikdili otunun üzərnə 1 stəkan soyuq su tökərək, qaynadıb süzülür. Diatez xəstəliyi zamanı gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir. Ondan kompres kimi də istifadə oluna bilər.
Raxit. 4 xörək qaşığı pişikdili otun üzərinə 1 litr qaynar su tökülərək 10-12 saat termosda saxlanılır. Səhərisi 10 dəqiqə qaynadılıb ev temperaturu səviyyəsində soyudularaq süzülür. Uşaqlarda raxit və dəri xəstəliklərində gündə 3-4 dəfə ½ stəkan içmək gərəkdir.
Ömür insana tanrı tərəfindən bəxş olunur. Kiminə qısa, kiminəsə uzun ömür qismət olunması yalnız tanrının əlindədir. Sağlam həyat tərzi keçirib, sağlamlığı qorumaq isə biz insanlardan asılıdır. İnsan öz-özünün həkimi olmalıdır.
Gəlin sağlamlığımızın qeydinə sağlam olanda qalaq ki, onu itirəndə peşman olmayaq. Axı o bizə Allah tərəfindən bəxş olunan ən böyük nemətdir.
DƏMROVOTU

BƏNÖVŞƏ

BİYAN

BOYMADƏRƏN (QANOTU)
Revmatizm. Quru boymadərən otunun üzərinə 1 stəkan qaynar su tökülür və 1 saat bürüyərək saxlanıldıqdan sonra süzülür. Bel ağrısında, revmatizmdə və nevralgiyada ondan gündə 3-4 dəfə yeməyə qədər 1 xörək qaşığı qəbul edilir.
ƏZVAY
Astma. Əzvay bitkisindən balzam hazırlamaq üçün 250qr əzvay, 0,5 litr şirin qırmızı çaxır, 350 qr xarlanmamış bal götürülür. Əzvay yarpaqlarını qırmamışdan əvvəl bitkini 1 həftə sulamırlar. Kəsilmiş yarpaqların tozunu silmək lazımdır. Yarpaqları yumaq olmaz. Onları xırdalayıb şüşə qaba tökmək, üzərinə çaxır və bal əlavə etmək gərəkdir. Yaxşı qarışdırıb doqquz gün sərin yerdə saxladıqdan sonra alınan cövhər süzülür. Bu bronxial astmaya qarşı ən gözəl vasitələrdən biridir. İlk gün ərzində 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edirlər.
GİCİTKƏN
Alergiya. Aprel-may aylarında cavan gicitkəni üstdən 20 sm kəsilir. Diqqətlə yuyulduqdan sonra xırda-xırda doğranıb 1 litirlik bankaya yığılaraq üzərinə qaynanmış su tökülür. 10 saat saxladıqdan sonra süzülür. Əmələ gələn cövhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içirirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmçinin sakitləşdirici dərmandır.
Yaxından görmə. 5 xörək qaşığı gicitkənin üzərinə 1 stəkan su tökərək 3-5 dəqiqə qaynadıb süzürlər. Gündə 3 dəfə eyni dozada yeməyə 40 dəqiqə qalmış içilir, eyni zamanda gündə 2 dəfə yeməkdən sonra 1-2 çay qaşığı arpa səmənisi unundan qəbul edilir. Belə müalicə yaxından görmədə kömək edir.
Revmatizm. Təzə gicitkən şirəsi –bir hissə bal, bir hissə 90%-li spirtlə qarışdırılaraq 14 gün soyducuda saxlanılır. Gündə 3 dəfə 2 xörək qaşığı yeməyə 30 dəqiqə qalmış revmatizm və poliatritə qarşı qəbul edilir.
JENŞEN
Şişlər. 40-50 qr jenşen bitkisinin kökü üzərinə qaynanmış soyuq şirin su tökülür. 4-5 saat suyun içində saxlanılıb sudan çıxardılaraq xırdalanır. 0,5 litr 4%-li spirtin içinə tökülüb 17-20 gün qaranlıq yerə qoyulur. Ondan gündə 1 dəfə 1 çay qaşığı miqdarında yeməyə 30 dəqiqə qalmış ardınca su içməmək şərtilə, ürək-damar sisteminin funksional pozulması ilə əlaqədar şişlər zamanı içirlər. Müalicə kursu arada 2-10 gün fasilə olmaqla 90 gündür. Təkrar kurs bir ildən sonra başlana bilər.
KAŞIMOTU
Öskürək. 30-40 qr kaşımotu kökləri üzərinə 1 litr su tökülərək gecə dəmlənir. Səhərisi 5-7 dəqiqə qaynadılaraq yenidən 20 dəqiqə dəmə qoyulduqdan sonra süzüb sıxılır. Gün ərzində bu həlimi bərabər hissələrə bölüb 5 dəfə qəbul etmək lazımdır.
Öskürək. 1 xörək qaşığı quru kəndəlaş çiçəklərinin üzərinə axşamdan 0,5 litr qaynar su tökülərək, 40 dəqiqə saxladıqdan sonra süzülür. Bu mayeni bal və süddə qarışdıraraq axşamlar 0,5-1 litr qaynar su tökülərək, 40 dəqiqə saxladıqdan sonra süzülür. Bu mayeni bal və süddə qarışdıraraq axşamlar 0,5-1 litr stəkan isti vəziyyətdə içdikdə öskürəyə müsbət təsir göstərir.
KƏRƏVİZ
Allergiya. Kərəvəzin təzə sıxılmış şirəsindən 1-2 çay qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq allergiyaya qarşı içilir. Müalicə həzmi, bronxiti və duzlaşmanı da aradan qaldırır.
Duzlaşma. 3-4 xırdalanmış kərəviz kökünün üzərinə 1 litr su tökülür, 8 saat saxlanıldıqdan sonra süzülür. Gündə 3 dəfə 1 çay qaşığı allergiyada, duzlaşmada və pielonefritdə qəbul edilir.
Pielonefrit. 1 xörək qaşığı kərəviz toxumu üzərinə 2 stəkan soyuq qaynanmamış su tökülüb, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə 1 xörək qaşığı içmək faydalıdır.
QANQAL
Hipertoniya. 4 xörək qaşığı qanqal yarpağı üzərinə 4 stəkan qaynar su tökərək 2 saat saxladıqdan sonra süzürlər. Hər gün 6 dəfə ½ stəkan içilərsə məqsədəuyğun olar.
QARĞIDALI
Xolesistit. 1 xörək qaşığı qarğıdalı saçağını 1 stəkan qaynar suda qaynadaraq 1 saat saxladıqdan sonra süzmək gərəkdir. Gündə 1 xörək qaşığı hər 3 saatdan bir qəbul etmək sağlamlığa xeyirlidir.
QIRXBUĞUM ( YOLOTU )
Öskürək. 1 xörək qaşığı xırdalanmış qırxbuğum otu üzərinə bir stəkan qaynar su tökərək 5-10 dəqiqə su hamamından isidilir.1-2 saat saxladıqdan sonra süzülür. Ondan gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək məsləhətdir.
MƏRCANOTU
Qrip. 1 xörək qaşığı mərcanotu yarpaqları üzərinə 1 stəkan qaynar su tökmək lazımdır. 30 dəqiqə saxladıqdan sonra süzülür, gündə 3-4 dəfə 2 xörək qaşığı qəbul edilir. Belə bir həlimi də hazırlamaq olar : bir hissə mərcanotu yarpaqları , bir hissə də çiyələk yarpaqları götürülüb qarışığın üzərinə 1 stəkan su tökülərək qaynadılır. Sonra həlimi süzülüb tamına görə bal qatılır. Həlimdən gündə 1 stəkan 3-4 dəfə isti-isti içmək lazımdır.
Paradantoz. 6 qr quru mərcanotu yarpaqlarının üzərinə 1 stəkan isti su tökülərək, 20 dəqiqə qaynadılır. Yüngülcə soyudulub süzülür. Həcmi 200 ml-ə çatdırılır. Paradontoz, damaq iltihabı və stomatitdə ağızı 2-3 saatdan bir yaxalamaq lazımdır.
PİŞİKDİLİ
Diatezlər. 20 qr pişikdili otunun üzərnə 1 stəkan soyuq su tökərək, qaynadıb süzülür. Diatez xəstəliyi zamanı gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən əvvəl qəbul edilir. Ondan kompres kimi də istifadə oluna bilər.
Raxit. 4 xörək qaşığı pişikdili otun üzərinə 1 litr qaynar su tökülərək 10-12 saat termosda saxlanılır. Səhərisi 10 dəqiqə qaynadılıb ev temperaturu səviyyəsində soyudularaq süzülür. Uşaqlarda raxit və dəri xəstəliklərində gündə 3-4 dəfə ½ stəkan içmək gərəkdir.
Ömür insana tanrı tərəfindən bəxş olunur. Kiminə qısa, kiminəsə uzun ömür qismət olunması yalnız tanrının əlindədir. Sağlam həyat tərzi keçirib, sağlamlığı qorumaq isə biz insanlardan asılıdır. İnsan öz-özünün həkimi olmalıdır.
Gəlin sağlamlığımızın qeydinə sağlam olanda qalaq ki, onu itirəndə peşman olmayaq. Axı o bizə Allah tərəfindən bəxş olunan ən böyük nemətdir.
Hazırladı: Kəmalə Rəhimli