Dekabrın 6-da Moskvadakı “Krokus Ekspo” Beynəlxalq Sərgi Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu keçirilib.
“RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda forumun işində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva iştirak edib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş bu forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak edib. RAGB-in 62 regional bölməsinin fəalları, Azərbaycan diasporunun və Rusiyanın gənclər təşkilatlarının nümayəndələri də foruma qatılıblar.
Tədbirin əvvəlində forum iştirakçıları “Müstəqil Azərbaycan – 25 il” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, “Baku” jurnalının və “İDEA” birliyinin stendləri nümayiş etdirilib.
İllik gənclər forumunun açılış mərasiminin əvvəlində RAGB-in 2016-cı ildəki fəaliyyətinə həsr edilmiş film göstərilib.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva forumda çıxış edib.
Leyla Əliyeva RAGB-in yaradılmasının ilk günlərindən onun işində iştirak edən Birliyin fəallarına təşəkkürünü bildirib, yeni iştirakçılara bütün təşəbbüslərində uğurlar arzulayıb. RAGB lideri deyib: “Səkkiz il ərzində biz kifayət qədər böyük iş görmüşük. Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”.
RAGB üzvlərini Azərbaycana sevgi hissinin birləşdirdiyini vurğulayan Leyla Əliyeva deyib: “Biz bütün tədbirlərimizi yaradıcı ruhda, sevgi duyğuları ilə həyata keçirməyə çalışırıq. Bizim əsas nailiyyətlərimizdən biri ondan ibarətdir ki, bu gün bütün Rusiyada RAGB-in 60-dan çox regional bölməsi var. Klublarımız müntəzəm olaraq konsertlər, digər tədbirlər təşkil edir. Mən bilirəm ki, bu gün sizin çoxunuz uzun məsafə qət edərək regionlardan bizim foruma gəlmisiniz. Buna görə sizə təşəkkür etmək istəyirəm. Çox xoşdur ki, bu gün bizi həm tanıyır, həm də sevirlər, bizim klublarımız öz təcrübəsini başqa klublar və təşkilatlarla bölüşür”.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Azərbaycan gəncləri ölkəmizin tarixinə çox qayğı ilə yanaşır. Buna görə biz hər il dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlər keçiririk. Gələn il bu dəhşətli faciənin 25-ci ildönümü qeyd ediləcək. Bir daha heç vaxt, dünyanın heç bir yerində belə halların təkrarlanmaması üçün dünya birliyinin bu hadisəyə hüquqi qiymət verməsi çox vacibdir. Çoxsaylı dövlətlər, ABŞ-ın on ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı qırğınını soyqırımı kimi tanıyıb. Lakin biz əldə edilənlərlə kifayətlənməyəcək, bu istiqamətdə işi davam etdirəcəyik. İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə, doğma torpaqlarına qayıdacaqlar”.
Leyla Əliyeva qeyd edib ki, Azərbaycan gəncləri idman oyunlarında fəal iştirak edir, mini-futbol üzrə hər il keçirilən çempionat, Heydər Əliyev Kuboku hamıya məlumdur. Biz, həmçinin RAGB universiadasını keçirmiş, hərbi vətənpərvərlik oyunlarında , “Nə? Harada? Nə vaxt?” yarışlarında iştirak etmişik. Rusiya səhnəsində parlaq çıxış edən “ŞHK” komandamızı dəstəkləyirik. Bizim ən nəcib təşəbbüslərimizdən biri təmənnasız qanvermə üzrə “Qanın milləti yoxdur” aksiyasıdır. RAGB fəalları müntəzəm surətdə uşaq evlərinə və qocalar evlərinə baş çəkir, qayğı və sevgiyə ehtiyacı olan uşaqlar üçün bayram şənlikləri təşkil edirlər. Leyla Əliyeva tədbir iştirakçılarını əmin edərək deyib: “Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik”.
“RAGB elə məkandır ki, orada siz öz biliklərinizi dərinləşdirə və yeni biliklər əldə edə bilərsiniz. Biz çox şadıq ki, bu gün Azərbaycanda da Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq olar: Azərbaycanda Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. RAGB-in ofisində xarici dilləri öyrənmək olar və ümid edirəm ki, tezliklə bizdə Azərbaycan dili kursları açılacaq”, - deyə Leyla Əliyeva bildirib.
Bugünkü forumda yeni ideyaları, yeni təşəbbüsləri müzakirə etmək imkanı olmasını vurğulayan Leyla Əliyeva tədbir iştirakçılarına müraciətlə deyib: “Sizdən xahiş etmək istəyirəm, panellərdə yeni ideyalar və layihələr təklif edin”.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan ilə Rusiyanı çoxillik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir: “Çox dəyərli faktdır ki, bizim ölkəmizdəki məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bizdə böyük rus mədəniyyətini, rus ədəbiyyatı və incəsənətini çox sevirlər. Keçən il RAGB Rusiyanın bir sıra şəhərlərində “Biz böyük Qələbənin varisləriyik”, “Ölməz alay” aksiyalarında iştirak edib, axı bu, bizim ümumi tariximiz və ümumi qələbəmizdir”.
Ətraf mühitin qorunması mövzusuna da toxunan Leyla Əliyeva deyib: “Beş il bundan əvvəl biz İDEA təşkilatını yaratdıq. Ötən müddətdə çox iş görmüşük. Bizim əsas vəzifəmiz nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanları qorumaqdır. Bu yaxınlarda Azərbaycanda sahibsiz heyvanlar üçün sığınacaq açılıb. Bu, belə heyvanlar üçün regionda ən böyük sığınacaqlardan biridir. Çox nadir və qəşəng heyvan olan Qafqaz bəbiri haqqında filmin premyerası “National Geographic” telekanalında göstərilib. Fürsətdən istifadə edib bu nadir heyvan cinsinin populyasiyasının davam etdirilməsi üçün gördüyü bütün işlərə, habelə bizimlə əməkdaşlıq etdiyinə görə “Qafqaz təbiəti mərkəzi” avtonom təşkilatına təşəkkürümü bildirmək istərdim. Azərbaycanda bizim gənclər 5 milyondan çox ağac əkiblər. Əlbəttə, sevindirici haldır ki, biz təkcə Azərbaycanda deyil, Rusiyada da ağac əkirik. Bu gün ekoloji paneldə siz bizim layihələr barədə daha ətraflı məlumat ala biləcəksiniz. Maraqlananlardan xahiş edirəm, bizə birləşsinlər, çünki təbiətimizin qorunması işinə hər birimiz öz töhfəmizi verə bilərik”.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Bu gün Azərbaycan müxtəlif forumların, konfransların keçirildiyi məkana çevrilib. Bizdə dünyada ən maraqlı tədbirlər keçirilir. Azərbaycanda “Eurovision-2015” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula-1 yarışı, Şahmat Olimpiadası uğurla keçirilib. Çox sevindirici haldır ki, ölkəmizi tanıyır, sevirlər, bizə qonaq gələn insanların sayı durmadan artır. Bildiyiniz kimi, biz hər il Rusiya gənclərini ölkəmizə səfərə dəvət edirik. Fürsətdən istifadə edib sizin hamınızı bizim günəşli Bakı şəhərinə bir daha dəvət etmək istəyirəm”.
Gənclər təşkilatının liderinin fikrincə, RAGB-də işləmək yaxşı, müstəqil və xeyirxah işlərlə dolu həyata qədəm qoymaq yolunda ilk addımdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışının sonunda deyib: “Çətin işlərə girişməkdən, səhv etməkdən qorxmayın. Axı, biz yenilikləri məhz səhvlərimiz üzərində öyrənirik. Bir-birinizə kömək edin, bir-birinizi dəstəkləyin, hər işi sevgi ilə görün və öz qəlblərinizi sevgi üçün açın”.
Forumun açılışında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva Hökuməti yanında Milli Siyasət Departamentinin rəhbəri Vitali Suçkov, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələləri üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin tələbəsi Həbib Abdurəhmanzadə çıxış ediblər.
Forumun açılış mərasimi çərçivəsində RAGB sədri Leyla Əliyeva dərs əlaçılarını və RAGB fəallarını diplomlar və sertifikatlarla təltif edib.
Təşkilatın rəhbəri RAGB-in işinin fəal işıqlandırılmasına görə AZƏRTAC-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayevanı, AzTV-nin Moskvadakı müxbir məntəqəsinin rəhbəri Zakir Musayevi və APA agentliyinin Rusiya bürosunun rəhbəri Fərid Əkbərovu RAGB-in diplomları ilə təltif edib.
Forum işini bölmə iclasları ilə davam etdirir.
Tehsil-press.az