Leyla Əliyeva millimizin oyununda

Leyla Əliyeva millimizin oyununda Ölkəmizdə keçirilən 17 yaşlılardan ibarət Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Tehsil-press.az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi qrupdakı son matçında "Bakcell Arena"da Şotlandiya ilə qarşılaşıb.
İkinci hissəsi davam edən qarşılaşmanı bir sıra rəsmi şəxslər də izləyib. Belə ki, VIP tribunada yer alanlar arasında Gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. 1:0 Azərbaycanın xeyrinə başa çatsa da, əvvəlki oyunların nəticələrinə əsasən Azərbaycan qrupdan çıxa bilməyib.


Tehsil-press.az

Oxşar xəbərlər