Bakı sakininin başına maraqlı hadisə gəlib. Tikdiyi evin damını qurmaq üçün bankdan kredit götürməyə gedən Səlvər Hacıyevin vəziyyətinə elə bank işçiləri də gülüblər.
“Xəzər TV”nin məlumatına görə, məsələ burasındadır ki, Səlvər Hacıyev 10 il əvvəl aldığı televizoru “Bank Standart”da kreditləşdirib. Borcunu tam ödəyib qutardığını desə də, necə olubsa 1 manat borcu qalıb. 10 il ərzində isə bu borcun üzərinə faizlər gələrək 154 manata çatıb.
İndi kredit götürmək istədiyi bankdan ona deyiblər ki, gedib borcunu ödəməsəniz heç bir bankdan yeni kredit götürə bilməzsəniz. Bu dəfə isə başqa problem ortaya çıxıb. Çünki borclu olduğu “Bank Standart” artıq fəaliyyət göstərmir.
Hüquqşünas Asif Abdullayev isə deyir ki, vətəndaşın başına gələnlər gülməlidir, amma buna səbəb elə bankların özləridir. 10 il sonra borcludan ödəniş tələb etmək qanunvericilikdə nəzərdə tutulmayıb.
Məhkəməyə müraciət edərsə Səlvər Hacıyevin xeyrinə qərar çıxarılacaq. Amma o da 10 il əvvəl bankın bütün ödənişlərini etdiyinə dair möhürlü sənədi alsaydı bu gün belə problemlə üzləşməzdi.
Tehsil-press.az