Ərdoğan Qətər əmirini qarşılamaq üçün aeroporta gəldi

Ərdoğan Qətər əmirini qarşılamaq üçün aeroporta gəldi Qətər əmiri Təmim bin Həməd Al Saninin başçılıq etdiyi 70 nəfərlik nümayəndə heyəti Türkiyə-Qətər Ali Strateji Komitənin toplantısında iştirak etmək üçün dekabrın 18-də Trabzona gəlib.

Tehsil-press.az xəbər verir ki, Qətər əmirini hava limanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb.
Liderlərin görüşündən öncə hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Polis helikopterləri havada uçuş keçirib, hava limanı və ətrafı snayperlərlə qorunub. Ayrıca, Sahil Təhükəsizlik Xidmətinin qayıqları dənizdə növbə çəkib, aeroporta giriş edən bütün avtomobillər yoxlanılıb.

Ərdoğan Qətər əmirini qarşılamaq üçün aeroporta gəldi

Namayəndə heyəti üçün 50 lüks avtomobil ayrılıb. Əmirin özünə isə avtomobil Qətərdən gətirilib.
Liderlər görüşdükdən sonra bölgədə qış turizm obyektlərinin inşa olunacağı yerə baxmaq üçün helikopterlə 1 saatlıq uçuş keçiriblər.
Tehil-press.az-ın məlumatına görə, sonra iki ölkə arasında təhsil, səhiyyə, maliyyə, kommunikasiya, ticarət, gömrük, həmçinin mədəniyyət və idman sahəsində əməkdaşlığı əhatə edən 7 saziş imzalanıb.
Türkiyə Statistika İnstitutunun (TUİK) açıqladığı rəqəmlərə görə, Türkiyə və Qətər arasında əmtəə dövriyyəsi 2016-cu ilin üçüncü rübünün yekunlarına görə 5,6 milyard dollar təşkil edib.

Ərdoğan Qətər əmirini qarşılamaq üçün aeroporta gəldi

Tehsil-press.az

Oxşar xəbərlər