Ərdoğan Türkiyə-Rusiya münasibətləri barədə

Ərdoğan Türkiyə-Rusiya münasibətləri barədə Türkiyə Moskva və Ankara arasında münasibətlərin normallaşması prosesinin tam sürətlə davam edəcəyinə əmindir.

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Türkiyə-Rusiya münasibətləri baxımından bu gün biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək”, - deyə Ərdoğan bildirib.
Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib. Görüşdən sonra Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb. 


Tehsil-press.az

Oxşar xəbərlər