Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib

Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Tehsil-press.az xəbər verir ki, dekabrın 16-da səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Göyçay, Şamaxı və Qobustan sakinlərinin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər