Müsəlman qadın Rumıniyanın yeni baş naziri ola bilər

Müsəlman qadın Rumıniyanın yeni baş naziri ola bilər Rumıniyada tərkibinə Sosial Demokrat Partiyası (SDP), Liberallar və Demokratlar Alyansının (LDA) daxil olduğu parlament çoxluğu koalisiyası ölkənin baş naziri vəzifəsinə Regional İnkişaf və Dövlət İdarəçiliyi Nazirliyinin dövlət katibi Sevil Şaydexin namizədliyini irəli sürüb.

Tehsil-press.az xəbər verir ki, S.Şaydex 2015-ci ildə SDP-nin hazırkı lideri Liviu Draqnya seçkilərdə yol verilən fırıldaqçılıq ittihamı ilə məhkəmənin hökmünə əsasən istefa verdikdən sonra 6 ay müddətinə nazirliyə rəhbərlik edib.
O, Rumıniyada 1989-cu ildən bəri "Quran"a əl basaraq and içən ilk müsəlman nazir olub.
Prezidentlə məsləhətləşdikdən sonra L.Draqnya baş nazir namizədliyi üçün başqa təkliflər olmayacağını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər