Gürcüstan 2017-ci ildən orduya könüllü çağırış sisteminə keçir.
Tehsil-press.az gürcü KİV-nə istinadən bildirir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ölkənin 1-ci İctimai telekanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu barədə qərar artıq qəbul edilib və indi yalnız qanunvericilik dəstəyi tələb olunur.
“Artıq 2017-ci ildə bizdə orduya məcburi çağırış olmayacaq. Ən azı müdafiə naziri kimi, mənim qərarım belədir. Əgər bu nazirliyə başqa rəhbər gəlsə, sözsüz ki, o başqa qərar qəbul edə bilər”, - deyə nazir bəyan edib. Nazir onu da əlavə edib ki, bu sistem NATO üzvü olan bir çox ölkələrdə mövcuddur və səmərəlidir.
tehsil-press.az