İslandiya baş naziri Siqmyundyur Gyunnleyqson istefa verib
Tehsil-press.az xəbər verir ki, baş nazir ofşor şirkəti üzə çıxdıqdan sonra istefaya gedib. Bu barədə İslandiyanın “RUV” telekanalı məlumat yayıb. Xatırladaq ki, Jurnalist Araşdırması Beynəlxalq Konsorsiumunun hazırladığı araşdırma dünyada böyük səs-küyə səbəb olub. Belə ki, Panama Papers adlanan sənədlər məşhur şəxslərin vergidən yayınmaq üçün istifadə etdikləri yolları deşifrə edib. Araşdırmadan xəbərsiz olan və sənədlərdə adı keçən İslandiyanın baş naziri jurnalistin gözlənilməz sualı qarşısında çətin duruma düşüb. Belə ki, Guardian müxbiri Siqmyundyur Gyunnleyqsona ona məxsus olduğu iddia edilən ofşor şirkətlərlə bağlı sual ünvanlayıb. Baş nazir "Siz nə edirsiniz? Bu tamamilə ağılsızlıqdır" deyərək çaşqınlığını gizlədə bilməyib. Daha sonra müsahibəni yarımçıq qoyaraq gedib.
Araşdırmaya görə, baş nazir ölkə banklarında gizli ofşor şirkətləri vasitəsilə milyonlarla dollar saxlayır. Həmin pulları maliyyə böhranı zamanı dövlət yardımı şəklində əldə edib. Baş nazir və arvadı Wintris ofşor şirkətini 2007-ci ildə alıblar. Lakin 2009-cu ildə parlamentə seçiləndə şirkəti deklarasiya etməyib və 8 ay sonra onun 50 faizini arvadına 1 dollara satıb.
tehsil-press.az