Zəhərli göbələklər də faydalı ola bilər

Zəhərli göbələklər də faydalı ola bilər İnsanların zəhərli hesab etdiyi göbələklərin tərkibində alkaloid və hallüsinogen maddə olan psilosibin var. Alimlərin fikrincə, psilosibindən təbabətdə istifadə edilə bilər.
Tehsil-press.az xəbər verir ki, London alimləri insanların zəhərli saydıqları göbələklərdə psilosibini tədqiq etməyə başlayıblar. Onlar bu qənaətə gəliblər ki, psilosibin insan üçün faydalı ola bilər. Tərkibində çoxlu miqdarda alkoloid olan bəzi göbələkləri analiz ediblər. Psilosibin insan orqanizminə, ilk növbədə beyinə təsir göstərərək hallüsinasiyalar yaradır. Bu zaman insan sanki “öz cismindən ayrılıb başqa bir dünyaya uçur”.
Britaniyalı alimlərin sözlərinə görə, bu cür reaksiya insanın şəxsiyyəti zonasına cavabdeh olan baş beyin qabığının fəallaşması sayəsində yaranır. Belə çıxır ki, psilosibin ağır psixi xəstəliklərin müalicəsində faydalı ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər