81 yaşlı Şeyx Əbdül Moskvaya gedir – “Bakıda yoruldum, bütün xərclərimi o adam ödəyəcək”

81 yaşlı Şeyx Əbdül Moskvaya gedir – “Bakıda yoruldum, bütün xərclərimi o adam ödəyəcək” 81 yaşlı Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov müalicə üçün Moskvaya gedir.

Bu barədə kinorejissorun özü açıqlamasında deyib. O, Bakıda aldığı müalicələrin effektli olmamasından şikayətlənib:

“Aprelin 10-12-si arası Moskvada olacam. Artıq biletimi də alıb göndəriblər. Bu, birbaşa müalicəm ilə bağlıdır. Bir həftə orada müayinə, müalicə olacam. Bakıdakı müalicə məni qane etmədi. Öz həkimim Almaniyadan gəlmişdi, sonra isə geri qayıtdı. Elə o mənə məsləhət görmüşdü ki, ya Türkiyəyə, ya da Moskvaya gedim. Mən də Moskvanı seçdim. Orada mənim tibbi məsələlərlə bağlı təşkilatın rəhbəri olan dostum var. O mənə zəng etdi ki, otur təyyarəyə, gəl Moskvaya, səni təpədən dırnağa qədər ən müasir texnika ilə müayinə edək. Yoxsa ki, Bakıda bütün günü analiz verməkdən, dərmanlar atmaqdan yorulmuşam, effekti də yoxdur. Dərmanlar effektsizdir, analiz verməkdən də yorulmuşam. Bəlkə Moskvada bir nəticə görə bildim”.

Xatırladaq ki, Xalq artisti Şeyx Əbdül Mahmudov bir müddət əvvəl səhhətində yaranmış problemlərə görə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra kinorejissor müalicəsini ev şəraitində davam etdirirdi.

Tehsil-press.az

Oxşar xəbərlər