Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub - EKSKLÜZİV

Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub - EKSKLÜZİV Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib.

Ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub.

Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb.

Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda, ikisi isə regionda yerləşir.

Hazırda Azərbaycanda 23 hotel 5 ulduzlu, 43 hotel 4 ulduzlu, 97 hotel 3 ulduzlu, 84 hotel 2 ulduzlu, 32 hotel isə 1 ulduzludur.

Təkcə Bakıda yerləşən ulduzlu hotellərin sayı 206-dır ki, bu da ölkə üzrə mövcud ulduz kateqoriyalı hotellərin təxminən 74 %-ni təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər