Xəbər verdiyimiz kimi, ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, eləcə də 35 rus diplomatı ölkədən göndərmək istədiyini bəyan edib.
Tehsil-press.az xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın da ABŞ-a qarşı eyni reaksiyanı verəcəyini, 35 amerikalı diplomatın Rusiyadan göndərilməsini prezident Vladimir Putinə təklif etdiyini söyləyib.
Lakin V. Putin çıxışında qeyd edib ki, rəsmi Moskva ABŞ-a cavab olaraq heç kimi ölkədən göndərməyəcək: “Lakin Rusiya tərəfinin adekvat cavab üçün əsasları var”.
XİN nümayəndəsi Mariya Zaxarova da diplomatların göndərilməməsinə münasibət bildirib: “Bildiyimiz kimi, diplomatiyada qarşılıqlı cavab və addımlar olur. Biz amerikalı həmkarlarımız və onların ailələrinin bu cür addım qarşısında özlərini necə hiss edəcəklərini çox düşündük. Və ən əsası, hazırda Yeni ilə hazırlaşan və bayram tətilində olan uşaqların belə bir qərardan sonra ailələri ilə 72 saat ərzində necə hazırlaşıb ölkədən çıxacaqlarını analiz etdik və bu cür qərar qəbul etdik”.
Tehsil-press.az