Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına haker hücumu olduğu təsdiqlənib.
Tehsil-press.az-ın verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin saytına haker hücumu olub, hazırda mütəxəssislər haker hücumu ilə bağlı araşdırma aparırlar. M.Zaxarova haker hücumunun saytın fəaliyyətini dayandırmasına səbəb olmadığını, hazırda saytın normal fəaliyyət göstərdiyini də qeyd edib.
Qeyd edək ki, bu gün Rusiya XİN-in saytına haker hücumu olması barədə xəbər yayılıb. Bəzi KİV-lər bunun cümə günü məşhur ABŞ saytlarına haker hücuma cavab olaraq amerikalı hakerlər tərəfindən cavab aksiyası kimi dəyərləndiriblər. Çünki ABŞ rəsmiləri dəfələrlə Rusiyanı haker hücumları təşkil etməkdə ittiham edib.
Tehsil-press.az