Suriyada münaqişə tərəfləri arasında atəşkəsin tətbiq olunması və sülh danışıqlarına hazırlıq barədə razılıq əldə olunub.
Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin xarici işlər və müdafiə nazirləri ilə görüşündə deyib.
V.Putin deyib: “Biz bir qədər əvvəl nəinki uzun müddət gözlədiyimiz, hətta reallaşması üçün üzərində işlədiyimiz bir xəbəri əldə etdik. Bir neçə saat əvvəl 3 sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəs barədə imzalanıb. İkinci sənəd atəşkəs rejimi üzərində nəzarətlə bağlı kompleks tədbirlər, üçüncü sənəd isə sülh danışıqlarına hazırlıqlar barədə sənəddir.”
Prezident Putin Suriyada Rusiyanın hərbi mövcudluğunun azaldılacağını, lakin Moskvanın beynəlxalq terrorçuluqla mübarizəsinin davam edəcəyini bildirib.
Öz növbəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriya ərazisində atəşkəs rejiminin dekabrın 30-u saat 00:00-dan etibarən qüvvəyə minəcəyini açıqlayıb.
Tehsil-press.az