800-ə yaxın qeyri-leqal miqrant İspaniyaya keçməyə cəhd edib

800-ə yaxın qeyri-leqal miqrant İspaniyaya keçməyə cəhd edib Afrika ölkələrindən olan 800-ə yaxın qeyri-leqal miqrant Mərakeşin ərazisindən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edib.

Tehsil-press.az-ın verdiyi məlumata görə, Mərakeş polisləri bu cəhdin qarşısını alıblar və hüquq-mühafizə orqanlarının miqrantlarla toqquşması nəticəsində 50-yə yaxın polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, Seuta şəhərində Afrikadan qaçqın axınını nəzarətdə saxlamaq üçün Mərakeş ilə sərhəd boyunca 6 metrlik asar tikilib. Buna baxmayaraq, miqrantlar bəzi hallarda hasardan keçə bilirlər.

Tehsil-press.az

Oxşar xəbərlər