Mərakeşli qadın Avropaya çamadanda miqrant keçirməyə cəhd edib

Mərakeşli qadın Avropaya çamadanda miqrant keçirməyə cəhd edib İspaniya polisi 19 yaşlı Qabon vətəndaşı olan miqrantı çamadanda İspaniyaya keçirtmək istəyən Mərakeşli qadını saxlayıb.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" nəşri xəbər yayıb.
Məlumatda deyilir ki: "Mərakeşli qadın Seuta anklavında hüquq-mühavizə orqanları tərəfindən saxlanılıb".
Qeyd edək ki, Seuta anklavı Mərakeşlə sərhəddə yerləşir və Afrikalı miqrantlar buranı Avropaya giriş nöqtəsi kimi istifadə edir. Sərhəddə Afrikadan qaçqın axınını nəzarətdə saxlamaq üçün sərhəd boyunca 6 metrlik hasar tikilib. Buna baxmayaraq, miqrantlar bəzi hallarda hasardan keçə bilirlər.

Tehsil-press.az

Oxşar xəbərlər