Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin daha 4-ü tutulub (YENİLƏNİB)

Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin daha 4-ü tutulub (YENİLƏNİB) Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd əməliyyatında iştirak etməkdə günahlandırılaraq tutulan hərbçilərin sayı 7-yə çatıb.

Marmaris yolunda aparılan axtarış nəticəsində daha 4 hərbçi tutulub. Daha əvvəl isə hüquq-mühafizə orqanlarına Marmaris-Muğla yolunun yaxınlığındakı meşədə 3 hərbçini aşkarlayıb tutmaq müvəffəq olmuşdu.
Qeyd edək ki, Prezidentin olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin sayının 17 olduğu söylənilir.
Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat aparır.
Tehsil-press.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, üç xüsusi təyinatlı saxlanılıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.


Tehsil-press.az

Oxşar xəbərlər