Bakının bu əraziləri işıqsız qalıb

Bakının bu əraziləri işıqsız qalıb Gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısa qapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb.
Tehsil-press.az "Azərişıq" ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilə yaranıb.
“Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.
Yaranmış narahatlığa görə “Azərişıq”ASC abonentlərindən üzr istəyir.

Tehsil-press.az

Oxşar xəbərlər