Ötən gün Rusiya Federasiyasının Sverdlovski vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerjisistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmamazlığı yaranıb. 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.
Azərenerji” ASC-nin Mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, Rusiya Federasiyasının enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib.
Bildirilir ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.
Tehsil-press.az