Oğul atanı ailə-məişət münaqişəsi zəminində bıçaqlayıb.
Kürdəmirdə qətl törədilib. Tehsil-press.az-ın verdiyi məlumata görə, oğul öz atasını öldürüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Mətləb Nizamov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində atası, 1955-ci il təvəllüdlü Əflatun Nizamovu bıçaqlayıb. Hadisəni törədən M.Nizamov tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Bənzər hadisə bir neçə gün öncə Zaqatala rayonunda da qeydə alınıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranov aralarında yaranan mübahisə zəminində oğlu 1965-ci il təvəllüdlü Zamir Kərim oğlu İmranov tərəfindən baltalanıb.
Ağır bədən xəsarətləri alan 78 yaşlı kişi hadisə yerində dünyasını dəyişib. 51 yaşlı oğul tutularaq istintaqa təhvil verilib. Prokurorluqdan qətlin səbəbləri barədə məlumat verilməsə də, Z. İmranovun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Tehsil-press.az