Ərdoğan: Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur

Ərdoğan: Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur.

Tehsil-press.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışında deyib.
"Terrorçulara silah və pul verilir. Məqsəd Türkiyəni dizi üstə oturtmaqdır. Amma buna nail ola bilməyəcəklər. Türkiyə öz yolu ilə gedəcək. PKK, İŞİD, FETÖ Türkiyəyə ard-arda zərbə vurmağa çalışır. Heç kim inkar edə bilməz ki, onlar müəyyən güclər tərəfindən silahlandırılmır, maliyyələşdirilmir. Türkiyəyə açıq şəkildə qarşı çıxmağa qadir ola bilməyənlər terrorçuların əli ilə öz planlarını həyata keçirməyə çalışırlar".

Onun sözlərinə görə, bu gün Türkiyəyə hücum edən terrorçuları dəstəkləyənlər sabah özləri bu təhlükəyə hədəf olacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər